Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Qara dənizdə Rusiyanın daha bir hərbi gəmisini batırıb

Ukrayna Qara dənizdə Rusiyanın “Sergey Kotov” adlı hərbi gəmisini vurub. Nəticədə, kater batıb.

UNIAN xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov bildirib.

Məlumata görə, “Sergey Kotov” 2017-ci ildən xidmətdədir, müasir gəmilərdən sayılır, dəyəri 60 milyon dollardan artıqdır.

Katerin şəxsi heyətinin taleyindən hələ ki xəbər yoxdur.