Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ordusu Xarkovun iki kəndini azad edib

Ukrayna hərbçiləri Xarkov vilayətinin Kutuzovka kəndi üzərində nəzarəti tamamilə bərpa ediblər.

Bu barədə Ukrayna Ordusunun Baş Qərargahının məlumatında deyilir.

Bundan əlavə Ukrayna ordusu Russka Lozova (Xarkov vilayətinin Derqaçov icması) kəndinə daxil olub.

Bu barədə Derqaçev şəhərinin meri Vyaçeslav Zadorenko yerli sakinlərə istinadən bildirib.

"Bizə yerli sakinlər arasında etibarlı mənbədən daxil olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Russka Lozovaya daxil olub. İndi döyüşlər kəndin ətrafında davam edir. ", - Zadorenko özünün feysbuk səhifəsində yazıb.

Hazırda Rusiya Slobojan istiqamətində, Belqorod vilayəti ərazisində əlavə hərbi qüvvələr və texnika yerləşdirib.

Baş Qərargahdan verilən məlumata görə, düşmən şəxsi heyətin və hərbi texnikanın xeyli itkisi səbəbindən döyüş qabiliyyətini bərpa etmək üçün Hərbi Hava Desant Qüvvələrinin tabor taktiki qrupunu Rusiya Federasiyasına göndərib.

Qeyd edilir ki, Rusiya ordusu pilotsuz uçuş aparatları ilə hava kəşfiyyatını davam etdirir.