Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ordusu Soledar şəhərindən çıxdı

Ukraynanın Müdafiə Qüvvələri Donetsk vilayətinin Soledar şəhərini tərk edərək əvvəldən hazırlanmış mövqelərdə möhkəmlənib.

UNİAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qoşun Qrupunun nümayəndəsi Sergey Çerevatı məlumat verib.

O, belə bir qərarın ukraynalı hərbçilərin həyatını xilas etmək məqsədilə verildiyini izah edib.

"Şəxsi heyəti xilas etmək üçün Müdafiə Qüvvələri Soledardan geri çəkilib, əvvəldən hazırlanmış mövqelərdə möhkəmlənib", - o bildirib.

Çerevatının sözlərinə görə, ukraynalı hərbçilər qarşıya qoyulmuş tapşırığı yerinə yetirib, düşmənin Donetsk istiqamətində cəbhəni yarmasına imkan verməyiblər.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri bu istiqamətdə Rusiya qüvvələrini gücdən salmağa nail olub.