Ukrayna ordusu İrpen şəhərini azad edib
24 Mart 2022
İrpen şəhərinin 80%-i artıq azad edilib. Şəhərdə artıq polis işləyir. Bunu Ukrayna Daxili İşlər Nazirinin müşaviri Vadim Denisenko deyib.
İrpenin meri Aleksandr Markuşinin sözlərinə görə, Rusiya qoşunları şəhəri "Qradlar"dan atəşə tutub.
"Bu gün Rusiya ordusu İrpeni "Qradlar"dan atəşə tutub. Onlar bizim müdafiəçilərdən layiqli cavab görəcəklər!", - o, bildirib.