Ukrayna ordusu Baxmutda bəzi mövqeləri geri qaytarıb
22 May 2023
Ukraynanın 3-cü həmlə briqadası Baxmut ətrafında bəzi əraziləri işğalçı qüvvələrdən təmizlədiyini açıqlayıb.
Bu barədə briqadanın mətbuat xidməti məlumat yayıb.
“1 730 m uzununa, 700 m isə içəriyə ərazi düşməndən təmizlənib. Ukraynalı döyüşçülərin əvvəllər tutduqları mövqeləri geri qaytarmağa çalışarkən Rusiya Silahlı Qüvvələrinin 72-ci briqadasının bölmələri darmadağın edilib”, - məlumatda qeyd olunub.
Bildirilib ki, mayın 20-dəki döyüşlərdə Rusiyanın 23 hərbçisi öldürülüb, 40 nəfər isə yaralanıb. Həmçinin qarşı tərəfin texnikası, o cümlədən tankları məhv edilib.
“Düşmən hücumlarını uğurla dəf edərək inamla irəliləyirik”, - məlumatın yekununda vurğulanıb.
Ukrayna Ordusunun Şərqi Qüvvələr Qrupunun nümayəndəsi Sergey Çerevatı da Utelemarafonun efirində Ukrayna Silahlı Qüvvələrinin Baxmut şəhərinin bir sıra yerlərində mövqeləri geri qaytardıqlarını təsdiq edib.
"Müdafiəçilərimiz şəhərin cənub-qərb hissəsində bir neçə bina və istehkamı qoruyub saxlayır. İtki riskinin az olduğu yerlərdə bölmələrimiz əks-hücuma keçərək irəliləməyə çalışır. Xüsusilə, son 24 saat ərzində cəbhənin bəzi ərazilərində 200 metr irəliləyişlər olub", - Çerevatı bildirib.
O qeyd edib ki, Baxmut Rusiya hərbçiləri üçün prioritet hədəf olaraq qalır və onlar hələ də şəhəri tam nəzarət altına almağa çalışırlar.
Xatırladaq ki, ötən gün “Vaqner” özəl hərbi şirkəti, daha sonra Rusiya Müdafiə Nazirliyi Baxmut şəhərinin ələ keçirildiyini açıqlasalar da, rəsmi Kiyev bu məlumatı təkzib edib.