Ukrayna kəşfiyyatının növbəti əməliyyatı - Krım körpüsü yenə vuruldu
17 İyul 2023
Krım körpüsündə partlayış baş verib, nəticədə azı iki nəfər ölüb.
Bu barədə "Baza” Teleqram kanalı məlumat yayıb.
Partlayış nəticəsində körpüyə ciddi ziyan dəyib, bəzi hissələr tamamilə dağılıb, digər hissələr isə ciddi zədələnib. Hazırda körpüdə avtomobil hərəkəti tam dayandırılıb.
Rusiya mənbələri dəmir yolu xəttinə ziyan dəymədiyini desələr də, bu məlumat tam təsdiq olunmayıb.
Krımının qondarma “rəhbəri” Sergey Aksyonov Teleqramda bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb. "Krasnodar diyarı istiqamətində, 145-ci dayaq məntəqəsində fövqəladə hadisə baş verib. Hüquq-mühafizə orqanları və bütün cavabdeh qurumlar ərazidə işləyir", - o deyib.
Krım körpüsündə baş verən partlayış nəticəsində ən azı iki nəfər ölüb.
“RBC-Ukrayna” Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadən xəbər verir ki, Krım körpüsünə gecə hücumu Ukrayna ordusunun Hərbi Dəniz Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatıdır.
Məlumata görə, hər iki güc strukturu gecə vaxtı Krım körpüsünün dağıdılmasında iştirak edib:
“Körpüyə dronlarla hücum edilib. Körpüyə çatmaq çətin olsa da, sonda bunu etmək mümkün olub”.