Ukrayna iki ölkədən 61 ədəd “F-16” qırıcısı alacaq
21 Avqust 2023
Ukrayna Niderlanddan 42 ədəd "F-16" qırıcısı alacaq.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
"Mark Rutte (Niderandın Baş naziri -red) və mən Ukraynaya veriləcək "F-16"-ların sayı barədə razılığa gəldik - pilotlarımız və mühəndislərimiz təlim keçdikdən sonra. 42 ədəd təyyarə. Bu hələ başlanğıcdır", - Prezident yazıb.
Danimarka isə Ukraynaya 19 ədəd “F-16” qırıcısı verəcək.
Bu barədə Danimarka Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.
“Hökumət indi Niderlandla birlikdə təyyarələrini bağışlamağa hazırdır. Danimarka “F-16” döyüş təyyarələri üzrə beynəlxalq təlim koalisiyasının yaradılmasına rəhbərlik edib”-deyə, məlumatda vurğulanıb.
Ukrayna Silahlı Qüvvələrinin pilotları üçün təlimlər başa çatdıqdan və digər şərtlər yerinə yetirildikdən sonra "F-16" döyüş təyyarələri təhvil veriləcək.
Qeyd edək ki, avqustun 17-də Amerika Birləşmiş Ştatları "F-16" qırıcılarının Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsini təsdiqləyib. ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Ukrayna pilotların hazırlığı başa çatdıqdan sonra Amerika qırıcıları ilə təmin olunacaq.