Ukrayna F-16 istəyir. Pilotlara təlim proqramı nə yerdədir?
25 May 2023
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ istehsalı F-16 qırıcıları ilə bağlı müraciətini bir daha dilə gətirib, bu təyyarələrin ukraynalı pilotlarla birlikdə görünməsinin Rusiyanın işğalının məğlubiyyətlə başa çatacağına işarə olacağını deyib.
“Əhəmiyyətli olan təlim və təchizat sürətidir”, – Zelenki deyib. Onun Hərbi Hava Qüvvələri hazırda Sovet dövründən qalma reaktivlərdən istifadə edir.
“Reuters” Zelenskinin Rusiya hava hücumlarına qarşı Qərb dəstəkçiləri üçün təklif etdiyi “qırıcı koalisiyası” ilə bağlı bəzi faktları təqdim edir.
Keçən həftə yüksək vəzifəli ABŞ rəsmilərinin açıqlaması bu ideyaya böyük təkan verdi. Prezident Co Bayden (Joe Biden) G7 liderlərinə Vaşinqtonun ukraynalı pilotlar üçün F-16 qırıcıları üzrə birgə müttəfiq təlim proqramlarını dəstəklədiyini deyibmiş.
Amma ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın (Jake Sullivan) sözlərinə görə, Vaşinqtonun təyyarələr göndərib-göndərməyəcəyi ilə bağlı yekun qərar yoxdur.
“Təlim vədi bir mesajdır. Rusiya uzunmüddətli müharibə apararsa, qələbəyə ümid edə bilməz”. Bunu Hirosimada G7 sammitində çıxış edən Almaniya kansleri Olaf Şolz (Olaf Scholz) deyib.
Çərşənbə günü Norveçin müdafiə naziri ölkəsinin birgə təlim proqramlarını dəstəklədiyini, lakin təyyarə ilə bağlı hələ qərar vermədiyini söyləyib. Niderlandın müdafiə naziri də oxşar dəstəyi təklif edib.
Ukraynalı pilotların təlimi NATO-nu münaqişənin bir tərəfinə çevirməyəcək. ABŞ-ın rəhbərlik etdiyi hərbi alyans 15 ay öncə müharibə başlayandan Rusiya ilə birbaşa münaqişəyə qarşı çıxıb. Bu fikirləri NATO-nun baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) səsləndirib.
Rusiyanın yüksək vəzifəli diplomatlarının sözlərinə görə, F-16 təyyarələrinin Ukraynaya verilməsi NATO-nun münaqişədəki rolu məsələsini gündəmə gətirəcək. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib: “Ukraynada F-16-ların işlədilməsi üçün heç bir infrastruktur yoxdur. Lazımi sayda pilot və texniki heyət də yoxdur”.
ABŞ rəsmiləri hesab edir ki, F-16-ların çatdırılması və Avropada təlimə ən azı 18 ay vaxt lazımdır.
Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunak (Rishi Sunak) və Niderlandın baş naziri Mark Ruttedən dəstək alıb. Ancaq onların heç biri təyyarə göndərməyi vəd etməyib.
Qərb hökumətləri həddən artıq çox avadanlıq verməklə öz ölkələrini müdafiəsiz vəziyyətə salmaqdan ehtiyat edirdilər. Onlar həmçinin Rusiya ərazisinə zərbə endirərək, Moskvaya müharibəni genişləndirməyə səbəb verəcək hər hansı avadanlığı göndərməkdən də çəkiniblər.
“Lockheed-Martin” istehsalı olan F-16-ların donorlarının hər hansı bir koalisiyası, çox güman ki, ən böyük təyyarə operatoru olan ABŞ-ın dəstəyinə arxalanacaq.
Polşa və Slovakiya Ukrayna donanmasını dəstəkləmək üçün 27 MiQ-29 tədarük edib. Qərb istehsalı olan qırıcı təyyarələr isə verilməyib.
Polşa Ukraynaya 14 ədəd MiQ-29 tədarük edib və daha çoxunu verəcəyini bildirib. Lakin Polşa prezidenti Anjey Duda (Andrzej Duda) Varşavanın Ukraynaya vermək üçün çox az F-16-sı olduğunu deyib.
Slovakiya Ukraynaya müxtəlif uçuşlara yararlı 13 ədəd Miq-29 təyyarəsi bağışlayıb.
Niderlandın baş naziri Mark Rutte mayın 4-də Böyük Britaniya, Belçika və Danimarka kimi müttəfiqləri ilə Ukraynaya qırıcı təyyarələrin göndərilib-göndərilməməsi ilə bağlı bir qərar gəlmək üçün işlədiklərini bildirib.
Niderlandın 24 ədəd F-16-sı 2024-cü ilin ortalarına qədər işlək vəziyyətdə olacaq, sonra isə F-35-lərlə əvəz olunacaq. Ölkənin 18 ədəd işlək vəziyyətdə olmayan F-16-sı da var. Onların 12-si satılıb.
Sunakın sözçüsü Böyük Britaniyanın Ukraynanın istədiyi F-16-lara sahib olmadığını və buna görə də təyyarə göndərməyəcəyini deyib. Amma Britaniyanın təyyarə göndərmək istəyən istənilən ölkəyə dəstək verməyə hazır olduğunu bildirib.
Almaniya F-16-ya sahib olmadığını bildirsə də, müdafiə naziri Boris Pistoryus (Boris Pistorius ) ukraynalı pilotların təlimi üçün ölkələrin koalisiyasına dəstək variantlarını araşdırdıqlarını söyləyib.
Təxminən 30 ədəd F-16-ya sahib Danimarka fevralda Ukraynaya döyüş təyyarələri göndərmək fikrinə “açıq” olduğunu bildirib. Bunun alternativi İsveçin “SAAB” şirkətinin istehsal etdiyi, daha sərfəli “JAS Gripen” ola bilər.
NATO-ya üzvlük üçün müraciət etmiş İsveç, Ukraynaya Gripen göndərmək fikrində olmadığını və özünün mövcud inventarına ehtiyacı olduğunu bildirib. Çexiya kirayə götürdüyü Gripen-ləri istifadə edir, Slovakiya isə F-16-ları təhvil almağı gözləyir.
Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron) ukraynalı pilotlara dərhal təlim keçməyə hazır olduqlarını deyib. Ancaq o bildirib ki, F-16-ları yoxdur, yalnız Fransa istehsalı “Rafale” döyüş təyyarələri və əvvəlki nəsil “Mirage 2000” təyyarələri var.
Böyük Britaniya yazda məşqlərə başlamağa razılaşıb və sessiyaların qısaldılmasını nəzərdən keçirəcəyini bildirib.

“Təlim vədi bir mesajdır”

Koalisiyaya kimlər qoşulur

Təyyarələr haradan gələ bilər?

Təlimə nə vaxt başlamaq olar?