Logo
news content
User
Kateqoriyalar

Xəbər

Uilyam Börns: "Yaxın 6 ay Ukrayna üçün həlledici olacaq"

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Ukraynadakı döyüşlərlə bağlı danışıb.

Pressklub.az xarici mediaya istinadla xəbər verir ki, MKİ direktoru yaxın aylarda baş verəcək döyüşlərin Ukrayna Silahlı Qüvvələri üçün ən kritik döyüş olacağını bildirib.

"Kəşfiyyat kontekstində yaxın bir neçə ay, dörd, beş, altı ay Ukraynadakı döyüş meydanında kritik olacaq" – Börns deyib.

Kəşfiyyat İdarəsinin direktoru əlavə edib ki, Rusiya ordusunun yaxın aylarda əhəmiyyətli uğurları olmayacaq.