Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Üçüncü Dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm”

“2024-cü ildə ABŞ prezidenti postuna yenidən seçilməyim ölkəni Üçüncü Dünya müharibəsindən xilas edəcək”.

Bunu ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Ayova ştatında tərəfdaşlarının mitinqində çıxışı zamanı deyib.

“Mən sizin qarşınızda bunu vəd edə biləcək yeganə namizəd qismində dayanıram – mən Üçüncü Dünya müharibəsinin baş verməsinin qarşısını alacam, çünki bu müharibənin olacağına inanıram. Biz hazırkı administrasiya ilə Üçüncü Dünya müharibəsinə gəlib çıxacağıq, çünki onlar düzgün danışmağı, doğru siqnallar göndərməyi bilmirlər”, - deyə Tramp qeyd edib.

Xatırladaq ki, Tramp daha əvvəlki açıqlamasında prezident seçiləcəyi təqdirdə Ukraynadakı müharibəni 24 saat ərzində həll edəcəyini vəd edib.

Qeyd edək ki, 76 yaşlı Tramp 2017-ci ildən 2021-ci ilə qədər ABŞ-yə rəhbərlik edib.