Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkmənistan Prezidenti növbədənkənar seçkilərdə iştirak etməyəcək

Türkmənistanda növbədənkənar prezident seçkilərinin vaxtı bəlli olub.

Bu barədə Mərkəzi Seçki Komissiyasının rəsmisi bildirib.

Ölkədə prezident seçkiləri martın 12-də keçiriləcək.

2006-cı ildən bəri Türkmənistanı idarə edən 64 yaşlı Qurbanqulu Berdiməhəmmədovun prezidentlik müddəti 2024-cü ildə başa çatır. O, fevralın 11-də parlamentin yuxarı palatasında – Xalq Məsləhətində çıxışında dövlətin idarə edilməsində gənc liderlərə yer verməyin vaxtının çatdığını bildirib. Q. Berdiməhəmmədov böyük həyat və siyasi təcrübəsini nəzərə alaraq, parlamentin yuxarı palatasının sədri kimi fəaliyyətini davam etdirmək istədiyini qeyd edib.


Qurbanqulu Berdiməhəmmədovun 40 yaşlı oğlu Sərdar Berdiməhəmmədovun atasının varisi kimi hazırlaması ilə bağlı iddialar var. Prezidentin 40 yaşlı oğlu hazırda Baş nazirin müavinidir. O, indiyə qədər diplomat, millət vəkili, nazir və vilayət qubernatoru kimi postlarda çalışıb.(APA)