Türkiyənin Fransadakı səfirliyindən xəbərdarlıq
01 İyul 2023
Türkiyənin Fransadakı səfirliyi həmvətənlərinə xəbərdarlıq edib.
Pressklub.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfirlik Fransadakı Türkiyə vətəndaşlarını və ya bu ölkəyə səyahət etməyi planlaşdıran şəxsləri zorakılıq aktlarına qarşı diqqətli olmağa çağırıb.
Bəyanatda deyilir ki, Türkiyə vətəndaşlarından maksimum sayıqlıq və nümayişlər keçirilən bölgələrindən uzaq durmaları xahiş olunur.
Xatırladaq ki, Fransada 17 yaşlı əlcəzairəsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra nümayişlər başlayıb. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib.
Yeniyetməni güllələməkdə təqsirli bilinən polis əməkdaşı saxlanılıb. Bu, 2023-cü ildə Fransada yol polisi tərəfindən öldürülən ikinci şəxsdir. Hadisənin irqi zəmində baş verdiyi istisna edilmir. Ötən il isə eyni hadisə səbəbindən 13 nəfər öldürülüb.