Türkiyədən tarixi nailiyyət - Artıq Rusiya “S-400”lərinə ehtiyac qalmayıb
14 Mart 2023
Uzun müddətdir özünün hava hücumundan müdafiə sistemlərini hazırlamaq üzərində çalışan Türkiyə müdafiə sənayesi artıq tarixi nailiyyətə imza atıb.
Pressklub.az-ın “Milliyet”ə istinadla xəbərinə görə, “Aselsan” Müdafiə Korporasiyasının baş direktoru Haluk Görgün Türkiyənin öz zenit-raket komplekslərini istehsal etməyə başladığını və Rusiyanın “S-300” və ya “S-400” sistemlərinə ehtiyac duymadığını bildirib.
“Biz hava hücumundan müdafiə sistemləri istehsal edirik. “S-300” və ya “S-400”ə ehtiyacımız yoxdur. Biz bu ehtiyacı aradan qaldırırıq. Bu, bizim missiyamızdır”, - o deyib.
H.Görgun qeyd edib ki, Türkiyə sənayesi təkmil “Siper” hava hücumundan müdafiə sistemi istehsal edir. Onun sözlərinə görə, sınaqlar zamanı sistem 100 km məsafədəki hədəfləri uğurla vurub.
Qeyd edək ki, daha əvvəl Türkiyə Rusiyadan 2,5 milyard ABŞ dolları dəyərində olan 4 divizyon “S-400” HHM sistemləri alıb.