Türkiyədə zəlzələdə dağılan binalarla bağlı həbs olunanların sayı 279-a çatıb
12 Mart 2023
Türkiyədə Kahramanmaraş mərkəzli zəlzələlərdə dağılan və ya tikinti qaydalarına zidd dəyişikliklərin aşkarlandığı binalarla bağlı aparılan araşdırmalarda 99-u podratçı, 149 bina nəzarətçisi, 13 bina sahibi, 18 binada dəyişiklik edən 279 şübhəli şəxs həbs edilib.
Pressklub.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Əldə edilən məlumata görə, fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələ nəticəsində dağılan və ya qanun pozuntusuna yol verildiyi müəyyən edilən binalarla bağlı Baş prokurorluqlar tərəfindən başladılan araşdırmalarda 1171 şübhəlinin məsuliyyəti müəyyən edilib.
İstintaqlar çərçivəsində 77-si podratçı, 217-si binaya cavabdeh, 45-i binaların sahibi, 31-i binada dəyişiklik edən 370 şübhəli şəxs barəsində məhkəmə nəzarəti həyata keçirilib.
Bundan başqa, 250 şübhəli barəsində axtarış elan edilib, 95 nəfər barəsində isə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar zamanı 22 şübhəlinin xaricdə olduğu müəyyən edilib, 103 şübhəli isə ifadələri alındıqdan sonra sərbəst buraxılıb.