Türkiyədə 90 tələbə iftar yeməyində ZƏHƏRLƏNDİ
30 Aprel 2022
Türkiyədə 90 tələbə iftarda zəhərlənib.
Hadisə Samsunda baş verib.
İftar yeməyinə qatılan tələbələr İraq, Suriya, Mərakeş, Fələstin, Əlcəzair, İordaniya, Misir, Sudan, Kamerun və Yəməndən olan xarici ölkə vətəndaşlarıdır.
Qusma, ishal, qızdırma və halsızlıq şikayətləri olan tələbələr xəstəxanaya yerləşdiriliblər.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.