Türkiyə və Ermənistan: Üçüncü cəhd - Tomas de Vaal yazır
21 Yanvar 2022
Tomas de Vaal söhbətin barışıqdan deyil, münasibətlərin normallaşdırılmasından getdiyini vurğulayır
Ankara və Yerevan son 30 ildə artıq üçüncü dəfədir münasibətləri normallaşdırmağa çalışır. Karnegi Fondunun aparıcı əməkdaşı, “Qara Bağ” kitabının müəllifi Tomas de Vaal regiondakı rəqabət, inamsızlıq və tarixi incikliklər fonunda bunun elə də asan olmayacağını yazır.
Doğrudur, bu dəfəki temp çoxlarını təəccübləndirib, artıq fevraldan ikitərəfli birbaşa uçuşlar bərpa olunur.
Keşməkeşli tarix
Müəllif 21-ci əsrdə müasir Ermənistanla Türkiyənin əlaqə qura bilməməsini zərərli anomaliya hesab edir. Sovet İttifaqı dağılandan sonra Türkiyə müstəqil Ermənistanı tanısa da diplomatik münasibətlər qurulmayıb. 1992-1993 və 2007-2010-cu illərdə də tərəflər razılaşma əldə edə bilməyib.
Türkiyə 1993-cü ildə, birinci Qarabağ müharibəsi vaxtı erməni qüvvələr Kəlbəcəri tutandan sonra Ermənistanla sərhədi bağlayıb. 2010-cu ildə Türkiyənin ovaxtkı Baş naziri Receb Tayyib Ərdoğan bir il öncə xarici işlər nazirlərinin Sürixdə imzaladığı iki protokolu təsdiqləməyib.
2020-ci ildə Azərbaycan işğal olunmuş torpaqlarının bir qisminə nəzarəti bərpa edib və Türkiyənin münasibətlərin dondurulmasına göstərdiyi əsas səbəb aradan qalxıb.
Müəllif Ermənistanla Türkiyənin birbaşa danışıqlara başlamasına baxmayaraq kommunikasiya strategiyasının olmadığını yazır. Türkiyənin 2020-ci il müharibəsində Azərbaycanı dəstəkləməsi Ermənistanın yadından bu tezliklə çıxan deyil. Digər tərəfdən, seçkilər yaxınlaşdığı bir vaxtda Ərdoğan Ermənistana yaxınlaşmaqla ultramillətçi tərəfdaşı olan Millətçi Hərəkat Partiyasını incik salmaq istəmir.
Danışıqlar nə vaxt iflas edər
Tomas de Vaal danışıqların Azərbaycanın üzündən iflas edə biləcəyini yazır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın hərbi məğlubiyyətdən sonra ən zəif dönəmində ondan güzəşt qoparmağa çalışır. Rəsmi Bakı “Naxçıvanla Ermənistan ərazisindən keçəcək dəmiryolu əlaqəsinə mümkün qədər çox suveren nəzarət əldə etmək istəyir”. Müəllifin fikrincə, Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizi adlandırdıqları marşruta nəzarəti münasibətlərin normallaşdırılması üçün ilkin şərt qoysalar, danışıqlar iflas edə bilər.
Daha geniş iqtisadi anlamda isə hər iki tərəf durumdan qazanclı çıxa bilər. 1990-cı illərdə bağlanmış avtomobil və dəmir yollarının yenidən açılması Ermənistanla Azərbaycanı Moskva, İstanbul və Tehran arasında dəmiryolu şəbəkəsində birləşdirici mövqeyə çıxarar.
Müəllif bir çox araşdırmalara əsasən Ermənistanın qərb torpaq sərhədinin açılmasından böyük fayda götürəcəyini yazır, çünki bu halda daha asanlıqla Türkiyə və Avropa İttifaqı bazarlarına çıxacaq.
Soyqırım amili
Ancaq de Vaal söhbətin barışıqdan deyil, münasibətlərin normallaşdırılmasından getdiyini vurğulayır. Ermənistan 1915-16-cı illərdə Osmanlı imperiyasında erməni əhalinin öldürülməsi və deportasiyasını soyqırımı hesab edir. Türkiyə isə bunu rədd edir.
Yerevanda ikindiyədək heç bir hökumət erməni genosidinin tanınmasını münasibətlərin bərpası üçün ilkin şərt kimi qoymayıb. Erməni diasporu isə bununla razılaşmır.
Ankara və Yerevanın elçilərinin ilk təması yanvarın 14-də Moskvada baş tutub. Bu günlərdə isə fevralın əvvəlindən ikitərəfli birbaşa reyslərin bərpa olunacağı açıqlanıb. (Azadlıq Radiosu)