“Türkiyə və Azərbaycanın haqlarını müdafiə etmək üçün birlikdə çalışdıq” - Çavuşoğlu
04 İyun 2023
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bağlı paylaşım edib.
Pressklub.az xəbər verir ki, C.Bayramov tviterdə qeyd edib:
“Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində böyük nailiyyətlərə imza atmış, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı naminə misilsiz xidmətləri olan qardaşım Mövlud Çavuşoğluna dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıram!”.
Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu da öz növbəsində Azərbaycanın XİN başçısı Ceyhun Bayramovun tvitinə münasibət bildirib. Türkiyəli diplomat C.Bayramova təşəkkürünü bildirib:
“Əziz qardaşım, Türkiyə və Can Azərbaycanın haqlarını müdafiə etmək üçün birlikdə çalışdıq, çox təşəkkür edirəm. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb. Türkiyənin xarici işlər naziri vəzifəsinə Milli Kəşfiyyat Təşkilatının sabiq rəisi Hakan Fidan təyin olunub.