Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə müxalifəti vahid namizədini elan edəcək - Akşener masaya qayıtdı

Türkiyə müxalifəti prezident seçkilərində vahid namizədi müəyyən etmək üçün yenidən bir araya gəlib.

Pressklub.az xəbər verir ki, İYİ Partiyasının sədri Meral Akşener “altılı masa”ya geri dönüb. Bu barədə məlumatı partiyanın rəsmi sözçüsü Kürşad Zorlu açıqlayıb.

Qeyd edək ki, Akşener "altılı masa"ya öz şərti ilə dönüb. Belə ki, o, CHP başkanı Kamal Kılıcdaroğlu prezident seçkilərində qalib gəldiyi halda, Ankara Bələdiyyə başkanı Mansur Yavaş və İstanbul Bələdiyyə başkanı Əkrəm İmamoğluna geniş əlahiyyətlərə malik vitse-prezident postuun verilməsini tələb edib.

Xatırladaq ki, martın 2-si Türkiyədə müxalif partiya liderlərindən ibarət “altılı masa” mayın 14-ü keçiriləcək prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı iclas keçirib. İclas zamanı danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.