Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə "Kaan" döyüş təyyarəsinin ilk uçuşunu həyata keçirib

Türkiyənin milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirib.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, Ankara səmasında reallaşan uçuş uğurla başa çatıb.

Qeyd edək ki, “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib.

Artıq Rusiya beşinci nəsil qırıcı - “Kaan” ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib. Bu barədə Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov deyib.

O söyləyib ki, Moskva əməkdaşlığa hazırdır: “Hərbi və texniki əməkdaşlığı gücləndirmək istəyirik. Əvvəllər də təkliflərimiz olub. Bu təyyarələrlə bağlı birgə istehsal barədə rəsmi qurumlar və şirkətlər arasında müxtəlif səviyyələrdə işlər görüldü. Müvafiq şirkətlər və qurumlar birlikdə işləməyə hazır olduqlarını bildiriblər”.

Qeyd edək ki, daha əvvəl Ukrayna da “Kaan”la bağlı Türkiyəyə müraciət etmişdi.