Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə erməniləri: “Sülh müharibədən ucuzdur”


Türkiyədə yaşayan sıravi ermənilər Türkiyə və Ermənistan arasında normallaşma prosesi barədə nə düşünürlər?





Onlarla həmsöhbət olan Könül Şahin İstanbuldan BBC Azərbaycanca üçün yazıb:





Yaxın və o qədər də uzaq iki qonşu: Türkiyə və Ermənistan.





Hər iki ölkə bu illər ərzində dəfələrlə münasibətləri normallaşdırmaq üçün addımlar atsa da, iki ölkə arasında sərhəd qapıları hələ də bağlı qalır. Hər iki ölkə siyasətçilərinin dialoq qurarkən unutduqları ən mühüm amil isə Türkiyə erməniləridir.




Türkiyə-Ermənistan normallaşmasına həm Türkiyədən, həm Azərbaycandan, həm Ermənistandan, həm də Qərbdən fərqli şərhlərə rast gələ bilərik, lakin ən az danışan onlar – sıravi Türkiyə erməniləridir.





İstanbulun ən hərəkətli və qədim səmtlərindən biri olan Kurtuluşda gəzəndə bir çox erməni dükan sahiblərinə rast gəlmək olar. Ara Haçiroğlunun idarə etdiyi məkan da onlardan biridir. Səmimi və mehriban Ara bəylə danışanda zamanın necə keçdiyini unutmaq mümkündür.





“Buraya dünyanın hər yerindən insanlar gəlir. Bura mənim üçün iş yeri deyil, dostlarımla danışa biləcəyim yerdir. Ona görə də insanlar burada özlərini evdəki kimi hiss edirlər’’.










Foto : Ara Haçiroğlu (sağda ) ve Mehmet İnal (solda ) , Kurtuluş,Şişli





Foto: Ara Haçiroğlu (sağda) və Mehmet İnal (solda ), Kurtuluş, Şişli




Ara bəyin kömək,isi Mehmet bəy də Türkiyə ermənisidir.





Mehmet bəy dünyanın ən yaxşı kababını türklərin bişirdiyini, amma ən yaxşı məzələri də ermənilərin və yunanların hazırladığını deyir.





Onunla söhbət edərkən qonşu masada Kamal bəy gülümsəyərək bizi dinləyir. Ara bəy onun da erməni olduğunu deyir. Öyrəndim ki, onun əsl adı Artin Yasulkal, rəsmi adı isə Kamaldır.





Türkiyədə şəxsiyyət vəsiqəsində adı əsl adından fərqli olan yeganə şəxs Artin bəy deyil. 1934-cü ildə qəbul edilən soyad qanununa görə, bir çox yunan, erməni, yəhudi, bolqar türkcə ad və soyad götürməli olublar.





Artin bəy iki dəfə Bakıya gedib. Bakını bəyənib-bəyənmədiyini soruşanda, ''Bakını çox sevdim. Çox gözəl şəhərdir və dostlarım məni orada çox yaxşı qarşıladılar. Orada çox gözəl vaxt keçirdim” deyir.










Türkiyə erməni





Foto: Artin Yasulkal, Kurtuluş, Şişli /İstanbul




Türkiyədəki ermənilər Türkiyə-Ermənistan münasibətlərinin normallaşacağından tam əmin deyillər. Onlar münasibətlərin normallaşmasını, sərhədlərin açılmasını istəyir, amma siyasi mövzularda şərh vermək istəmirlər.





İstanbula gələn turistlərin ən çox ziyarət etdiyi yerlərdən biri olan Kapalıçarşı həm də mədəniyyət və sənətin qovuşduğu məkandır.










dükan





Foto: Kapalıçarşıda erməni vətəndaşa aid bir dükan




Türkiyəli erməni Aret Sar ailəsində yeganə zərgərdir və 12 yaşından bu işin sirlərini öyrənib. İllərdir, Kapalıçarşıda ticarətlə məşğul olan Aret bəy məhsullarını İngiltərə və Yaponiya başda olmaqla dünyanın bir çox ölkəsinə ixrac edir.





Türkiyə, Azərbaycan və Ermənistan mövzusu gündəmə gələndə o deyir ki, heç vaxt Ermənistana səfər etməyib. O, bir gün Bakıya səfər etmək istədiyini deyir.










Foto : Aret Sar , Kapalıçarşı , Beyazıt





Foto : Aret Sar , Kapalıçarşı , Beyazıt




İstanbulun ən qədim yaşayış məntəqələrindən biri olan Samatyanın küçələrində dolaşdığnızda taxtadan tikilmiş tarixi evlər sizi qarşılayır.





Samatya İstanbul ermənilərinin sıx yaşadığı səmtlərdən biridir. Qaro bəy bu səmtdə doğulub boya-başa çatıb, Kapalıçarşıda zərgər işləyib, işi pisləşəndən sonra erməni icması üçün toy, nişan, vəftiz mərasimlərinin təşkili işinə başlayıb.





O, Türkiyə-Ermənistan sərhədinin açılmasını səbirsizliklə gözlədiyini deyir:





“Normallaşma səylərindən məmnunuq. Ticarət baxımından hər iki ölkə bundan faydalanacaq. Təbii ki, bu, ən çox Ermənistan üçün faydalı olacaq”.










Foto : Garo bey , Samatya , İstanbul





Foto : Qaro bey, Samatya, İstanbul




Qaro bəy Ermənistanla normallaşma prosesinin davam edəcəyini düşünür. O, Kahramanmaraş zəlzələsindən sonra Ermənistanın Türkiyəyə yardım və axtarış-xilasetmə qrupu göndərdiyi üçün qürur və sevinc hissi keçirdiyini bildirir.





İstanbulun Bakırköy bələdiyyə sədrinin keçmiş müavini Nurhan Çetinkaya da Türkiyə ermənisidir. Nurhan Çetinkaya Türkiyə, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını səbirsizliklə gözləyir:





“Sülh müharibədən ucuzdur. Müharibədə qan tökülür, insanlar ölür, ocaqlar sönür, həyatlar sona çatır. Amma sülh içində hamı xoşbəxtdir”.





Ticarətlə məşğul olan Nurhan bəy deyir ki, Ermənistan-Türkiyə sərhədinin bağlanması uzun illər Gürcüstanın xeyrinə olub.





‘’Sərhədlərin bağlı olmasına baxmayaraq, Ermənistan bazarlarında türk məhsullarına və türk markalarına rast gəlmək olar. İnsanların bununla bağlı problemi yoxdur”.





Nurhan bəy Naxçıvanda doğulmuş, ilk sənət təhsilini Yerevanda erməni müəllimindən almış məşhur azərbaycanlı rəssam İbrahim Safinin yaradıcılığına heyran olduğunu bildirir.










Foto : Nurhan Çetinkaya





Foto : Nurhan Çetinkaya

Divarda azərbaycanlı rəssam İbrahim Safi, erməni ressam Krikor Zarifyan və Nurhan bəyin həyat yoldaşı Aytən xanıma aid rəsm əsərləri yer alır.




“Mən istərdim ki, azərbaycanlılar Yerevan küçələrində, ermənilər isə Bakı küçələrində gəzsin. Gəlin, bir süfrədə Azərbaycan kürüsü ilə erməni konyakını paylaşaq, köhnə günlərə qayıdaq”.





Nurhan Çetinkaya hesab edir ki, Türkiyə, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına mane olan amillərdən biri də Rusiyadır. Cənubi Qafqazda prosesin çətin olduğunu deyən Çetinkaya hələ də hər üç xalqın sülh içində yaşayacağı günlərin gələcəyindən ümidlidir və Azərbaycan xalqına salamlarını çatdırır.





Türkiyə ermənisi dedikdə ağlımıza gələn ilk isimlərdən biri də “İstanbulun gözü” kimi tanınan dünyaca məşhur fotoqraf Ara Gülərdir.










Foto: Ara Gülər Muzeyi, Şişli , İstanbul





Foto: Ara Gülər Muzeyi, Şişli , İstanbul




İstanbul Beyoğlunda dostları tərəfindən Ara Gülərin xatirəsinə açılan bir kafe var.





Kafe Türkiyədəki ermənilərlə yanaşı, turistlərin və İstanbul sakinlərinin ziyarət etdiyi bir məkandır.





Onun İstanbuldakı muzeyini ziyarət edərkən isə sənətkarın müxtəlif mədəniyyətlərdən olan insanları bir kadrda əbədiləşdirən möhtəşəm fotoşəkillərinə heyran qalmamaq mümkün deyil.










Foto: Ara Gülər Muzeyi , Şişli ,İstanbul





Foto: Ara Gülər Muzeyi, Şişli ,İstanbul




“Onlar təkcə mənim üçün şəkilləri çəkilən insanlar deyil, dünyamı quran insanlardır” deyən Ara Gülər Winston Churchill, Pikasso, Salvador Dali kimi məşhurların fotolarını çəkərək onlardan müsahibələr götürüb.










Foto Ara Gülər (sağda ) v' erməni əsilli amerikalı yazıçı William Saroyan (solda) ,Yerevan , 1976





Foto: Ara Gülər (sağda) və erməni əsilli amerikalı yazıçı William Saroyan (solda), Yerevan, 1976




Ara Gülərin 1984-cü ildə ailə həyatı qurduğu Suna Taşkıran Şuşada anadan olan, Azərbaycan və Türkiyə ictimai siyasi xadimi , Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi Əhməd bəy Ağaoğlunun nəvəsidir.





Arxivində 2 miyondan çox fotoşəkil olan Ara Güler 2005-ci ildə Türkiyə Prezidenti tərəfindən “Kültür Ve Sanat Büyük Ödülü’’ mükafatına layiq görülüb.