Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türk futbolçu “Mançester Siti”yə çempionluq yaşatdı: Dramatik matç - VİDEO

İngiltərə Premyer Liqasının sonuncu - 38-ci turunda "Mançester Siti" 0:2 hesabıyla geriyə düşdüyü "Aston Villa" ilə matçda 7 dəqiqəyə üç qol vuraraq qarşılaşmanı qalib başa vurub - 3:2.

Bu qələbə "şəhərlilər"ə tarixində 8-ci çempionluğu qazandırıb. Qeyd edək ki, "Mançester Siti"nin heyətində iki topu Almaniya millisinin türk əsilli futbolçusu İlkay Gündoğan vurub. Onun vurduğu ikinci, komandasının isə üçüncü - qələbə topu "Mançester Siti"nin tarixinə "qızıl qol" kimi düşüb.

Dramatik matçın videoicmalını təqdim edirik: