Logo
news content
User
Kateqoriyalar

Xəbər

Turistlərimiz hardan gəlir?

2022-ci ilin yanvar-mart aylarında Azərbaycana 149 ölkədən 246,2 min, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsaslanan Dövlət Statistika Komitəsi bildirir ki, gələnlərin 27,4 faizi Rusiya, 24,7 faizi Türkiyə, 14,4 faizi İran, 5,8 faizi Gürcüstan, 3,4 faizi Ukrayna, qalanları başqa ölkələrin vətəndaşıdır.

Hesabata görə, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,7 dəfə artaraq 298,5 min nəfər olub, onların 44,5 faizi Türkiyəyə, 18,7 faizi Rusiyaya, 12,9 faizi İrana, 8 faizi Gürcüstana, 15,9 faizi başqa ölkələrə səfər edib.