Tramp: “Ukrayna il yarım ərzində məhv edilə bilər”
28 Mart 2023
ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, əgər münaqişə həll olunmasa, Ukrayna il yarım ərzində məhv edilə bilər.
Pressklub.az xəbər verir ki, o, Fox News-a müsahibəsində belə deyib.
Tramp ehtimal edib ki, Ukrayna böhranı 2024-cü ildə ABŞ prezidenti seçilənədək “həll olunmaya bilər” və hazırkı Amerika lideri Co Baydenin administrasiyasının siyasəti “üçüncü dünya müharibəsi” ilə təhdid edir.
"Əgər bu həll olunmasa, mən bunu Zelenski və Putinin iştirakı ilə 24 saat ərzində edə bilərəm. Bunlar çox sadə danışıqlar olardı, lakin mən onların mahiyyətini açıqlamayacam”, - Tramp bildirib.