Tramp mühafizəkarlar arasında prezidentliyə ən populyar namizəddir
05 Mart 2023
ABŞ-nin 45-ci prezidenti Donald Tramp 2024-cü ildə ölkə prezidentliyinə ən populyar namizəd olub.
Pressklub.az xəbər verir ki, bu barədə Mühafizəkar Siyasi Fəaliyyət Konfransının (MSFK) keçirdiyi anonim sorğunun rəylərindən məlum olub.
O, səslərin 62 %-ni, Florida qubernatoru Ron Desantis isə 20 %-ni toplayıb.
Üçüncü yeri 5 % səslə iş adamı Perri Conson tutub və o, martın 3-də ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan edib.
“FOX News” qeyd edib ki, 2016-cı ildən sonra MSFK Amerika mediasında Donald Trampın yekdil dəstəyinə görə “Trampfest” adlandırılıb.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Ron Desantis hələlik namizədliyini açıqlamasa da, respublikaçı siyasətçilər arasında Donald Trampın ən ciddi potensial rəqibi kimi qiymətləndirilir.