
Tramp iyulun 14-də Rusiya ilə bağlı mühüm qərar verəcək
12 İyul 2025
ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanatla çıxış edəcəyinə söz verib.
Bu barədə ABŞ Prezidenti "BC News" telekanalına müsahibəsində bildirib.
"Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı böyük bir açıqlama verəcəyəm", - o deyib. Amerika lideri qarşıdakı bəyanatın məzmunu ilə bağlı hər hansı təfərrüatlar verməkdən imtina edib. "Rusiya ilə bağlı məyus oldum. Önümüzdəki bir neçə həftə ərzində nə olacağını görəcəyik", - Tramp əlavə edib.
Öz növbəsində “Bloomberg TV”nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Rusiyaya qarşı yeni sanksiyalar elan edə və Ukraynaya yeni hərbi tədarüklər elan edə bilər.
“Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsini eşidə bilərik. Bu, həm də Ukraynaya silah tədarükü ilə bağlı açıqlama ola bilər. Digər tərəfdən, Dövlət katibi Marko Rubio rusiyalı həmkarı Sergey Lavrovla görüşüb, onlar Ukraynanı müzakirə ediblər, ona görə də bu məsələ ilə də bağlı ola bilər”, - telekanaldan bildirilib.