Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: "Bayden Putinə sərt cavab verməlidir"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, hazırkı prezident Co Bayden Rusiya prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı sərt və hədələyici bəyanatlarına sərt cavab verməlidir. O, bu barədə Reuters agentliyinə müsahibəsində bildirib.

“Putin həmişə nüvə silahı ilə bağlı danışır. Amma bu, artıq işləmir. Sadəcə işləmir. Putin sadəcə hər gün bu termindən istifadə edir”.

Tramp əlavə edir ki, Rusiya prezidenti dünyanı nüvə müharibəsinin dəhşətləri ilə qorxutmağa çalışır.

O, həmçinin bildirib ki, ABŞ prezidenti olsaydı, rusları “nüvə silahı” ifadəsini heç vaxt işlətməməyə məcbur edərdi.