Tramp ABŞ-nin İranda etirazçılara köməyə hazır olduğunu bəyan edib
11 Yanvar 2026
İrandakı etirazlar fonunda ABŞ Prezidenti Donald Tramp ölkənin azadlıq uğrunda mübarizə apardığı və ABŞ-nin ona kömək etməyə hazır olduğunu bildirib.
O, bunu "Truth Social" platformasında yazıb.
"İran, bəlkə də, əvvəllər heç vaxt olmadığı qədər azadlıq uğrunda mübarizə aparır. ABŞ kömək etməyə hazırdır!!!" - deyə o yazıb.
Tramp İrana necə kömək edəcəyini dəqiqləşdirməyib.