Tramp: 600 milyard dollar məbləğində gömrük rüsumları əldə etmişik
06 Yanvar 2026
ABŞ Prezidenti Donald Tramp tətbiq olunmuş tariflər sayəsində ölkənin 600 milyard dollardan çox vəsait əldə etdiyini və bundan sonra da edəcəyini bildirib.
ABŞ lideri bu barədə "Truth Social" şəbəkəsində yazıb.
"Biz gömrük rüsumlarından 600 milyard dollardan çox vəsait əldə etmişik və əldə edəcəyik. Media bu barədə danışmaq istəmir. Tariflər sayəsində ölkəmiz maliyyə və milli təhlükəsizlik baxımından daha güclü və nüfuzlu olub", - paylaşımda qeyd olunub.
Trampın sözlərinə görə, onun bəyanatı ABŞ-nin tarif siyasəti ilə bağlı Ali Məhkəmənin iclasının keçiriləcəyi ilə əlaqədardır. O, bunu tarixdə ən vacib qərarlardan biri adlandırıb.