Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Trabzonspor” 38 il sonra Türkiyə çempionu olub

Türkiyə Super Liqasında 2021/22 mövsümünün çempionu müəyyənləşib.

XXXV turun matçlarından sonra qızıl medalçı bəlli olub.

Lider “Trabzonspor” doğma azarkeşləri önündə “Antalyaspor”la 2:2 hesablı heç-heçə edərək rəqibləri üçün əlçatmaz olub. Bu nəticə ilə xallarının sayını 77-yə çatdıran “bordo-mavililər” sona 3 tur qalmış ən yaxın izləyicisi “Fənərbaxça”nı 9 xal qabaqlayır. Qara dəniz təmsilçisi şəxsi oyunlardakı üstünlüyə görə birinciliyi təmin edib.

Bununla da trabzonlular 38 illik çempionluq həsrətinə son qoyaraq, tarixində 7-ci dəfə qızıl medallara layiq görülüb. Qara dəniz təmsilçisi buna qədər sonuncu dəfə 1983/84 mövsümündə finişə birinci çatıb.