Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Toplum” TV-nin redaksiyasında nə baş verir?

“Toplum” TV-nin əməkdaşı Aliyə Yaqublu Turan-a bildirib ki, onu nəşrin ofisinə buraxmırlar. "İçəridə olan işçilərlə hazırda əlaqə yaratmaq mümkün deyil. Onlara zəng çatmır", - Yaqublu deyib.

O güman  edir ki, işçilər ofisdədirlər, çünki onları aparsaydılar, binanın yanında dayananlar görərdilər.

"Baş verənlər gözlənilirdi. Çünki nəşrin mövqeyinə görə bağlanması dəfələrlə "anons edilmişdi",- Yaqublu deyib.

III Respublika Platformasının spikeri Akif Qurbanov, platformanın təsisçi heyətinin üzvləri Araz Əliyev və Ruslan İzzətli  də əlaqə saxlamayıblar. Tərəfdarları onların həbs olunduqlarını ehtimal edirlər.

Görünür, Daxili İşlər Nazirliyi "digər ünvanlarda" axtarışlar barədə məlumat verərkən məhz bu təşkilatı nəzərdə tuturdu.

* * *

Polis Toplum TV-nin redaksiyasında axtarış aparır

Bir qrup hüquq-mühafizə orqanı əməkdaşı çərşənbə günü saat 16 radələrində Toplum TV internet nəşrinin ofisinə gələrək axtarışa başlayıb. Bu barədə sosial şəbəkələrdəki xəbərlərdən məlum olub.

Bu layihənin rəhbəri, araşdırmaçı jurnalist Xədicə İsmayıl Turan-a axtarış faktını təsdiqləyib.  O, redaksiyada axtarış  başlayanda orada olmadığını dedi. "Xəstəyəm, təfərrüatları bilmirəm, indi redaksiyaya gedirəm" dedi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Turan agentliyinə təsdiqləyiblər ki, “Çemənzəminli küçəsi, 98 B və bir sıra digər ünvanlarda operativ məlumatlar əsasında tədbirlər keçirilir”.

Bu o deməkdir ki, axtarışlar başqa yerdə də aparılır.

Toplum TV in redaksiya ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmayıb.

*Toplum Tv ictimai-siyasi və sosial-iqtisadi hadisələrlə bağlı müxtəlif fikirlərin ifadə edilməsi üçün platforma təqdim edən müstəqil onlayn resursdur.