Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib
11 Yanvar 2023
Tofiq Yaqublu Bİnəqədi rayonunda yerləşən 6 saylı Məlikov adına xəstəxanaya yerləşdirilib. Bu barədə onun qızı Nigar Həzi bildirib.
Qetd edək ki, çərşənbə günü tibb professoru Adil Qeybulla Binəqədidə inzibati qaydada həbs edilənlərin saxlanma məntəqəsində müxalifətçi siyasətçi Tofiq Yaqubluya baş çəkib. Bu barədə siyasətçinin qızı Nigar Həzi Facebook səhifəsində bildirib.
Onun sözlərinə görə, yanvarın 7-dən aclıq edən atasının vəziyyəti kritikdir, təzyiqi 80/60-a düşüb. Çox solğundur, daim başı gicəllənir və xeyli arıqlayıb.
"Həkim dedi ki, onu dərhal xəstəxanaya köçürməsələr, orqanizmdə geridönməz proseslər başlayacaq", - fəalın qızı qeyd edib.
Professor Qeybulla Turan-ın müxbirilə söhbətində deyib ki, Yaqublunun yaşını və keçirdiyi əməliyyatları nəzərə alsaq, aclıq onun orqanizminə müəyyən təsir göstərib.
O deyib ki, Yaqublunun xəstəxanaya köçürülməsini məqsədəuyğun hesab edir. "Hazırda bu məsələ ilə bağlı danışıqlar aparılır", - professor bildirib.
DİN-dən verilən açıqlamada bildirilir ki. bu gün Tofiq Yaqublu Xəstəxanaya yerləşdirilib. "O müalicəsini xəstəxanada davam etdirəcək, yoxsa yenidən Saxlanılma Mərkəzinə qaytarılacaq" sualına cavab olaraq, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bu gün həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb. Həkimin məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb. Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.
Xatırladaq ki, dekabrın 23-də Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbilə Bakının mərkəzində keçirilən etiraz aksiyasında saxlanılıb. Həmin gün Səbail məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib. Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Yaqublu buna etiraz olaraq aclıq elan edib.