Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tıxac reytinqi - 400 şəhər üzrə göstəricilər

Avtomobillər üçün naviqasiya avadanlığı istehsal edən “TomTom” şirkəti (Niderland) tıxac reytinqi yayıb. Dünyanın 404 şəhərini əhatə edən 2021-ci ilin hesabatına görə, Türkiyənin İstanbul şəhərində sürücülər ildə orta hesabla 142 saat tıxacda qalır.

Rusiyanın Moskva vilayəti yollarda 140 saat vaxt itkisi ilə ikinci, Ukraynanın paytaxtı Kiyev 128 saatlıq tıxacla üçüncü yerdə göstərilir.

İlk onluqda Ukraynanın Odessa şəhəri (117 saat), Rusiyanın Sankt-Peterburq (115 saat) və Novosibirsk (110 saat) şəhərləri də var.

Səudiyyə Ərəbistanının Məkkə şəhəri tıxac sarıdan ən rahat şəhər (16 saat) sayılıb. (Novator)