Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Titan” faciəsindən sonra da “Titanik” turlarının satışı davam edir

“Titanik”ə ekskursiya zamanı batiskafı qəzaya uğrayan “OceanGate” gəminin qəzaya uğradığı yerə səyahət üçün biletləri satmağa davam edir.

Müvafiq məlumat qurumun saytında yerləşdirilib.

İndi arzu edənlər 2024-cü il üçün tura bilet ala bilərlər. Səfərin qiyməti dəyişməyib və hələ də həddindən artıq yüksək - bir yer üçün 250 min dollar olaraq qalır.

Xatırladaq ki, iyunun 19-da “OceanGate” şirkəti turistləri “Titanik”in batdığı yerə çatdırmaq üçün nəzərdə tutulmuş ekipajla birlikdə sualtı cihaz - “Titan”ın yoxa çıxdığını təsdiqləyib. Sualtı qayıqda beş nəfər olub. Suya girəndən 1 saat 45 dəqiqə sonra onlarla əlaqə kəsilib.