Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tərtərdə mülki şəxs minaya düşüb

Martın 9-da Tərtər rayonunun azad olunmuş ərazisində mülki şəxs Yaquar Hadiyev minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Pressklub.az-ın Baş Prokurorluğun mətbuat xidmətinə istinadla məlumatına görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda qeyd edilən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma davam etdirilir.

Rəsmi qurumların məlumatına görə, 2020-ci ilin noyabrından indiyədək Azərbaycanda 270 nəfər mina partlaması nəticəsində xəsarət alıb. Onlardan 47 nəfər həlak olub. Həlak olanların 35 nəfəri mülki insanlardır.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanlıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, münaqişə olan ərazilərdə yüz minlərlə mina var.