Tbilisidə polis yenə zor tətbiq etdi: Onlarla adam yaralanıb - FOTOLAR/VİDEO
09 Mart 2023
Gürcüstanda etiraz aksiyaları səngimir. On minlərlə adam Gürcüstan parlamentinin "xarici agentlər" haqqında qanun layihəsinin qəbul edilməsinə etiraz olaraq aksiyaya çıxıb.
Pressklub.az "Sputinik Georgia"ya istinadən xəbər verir ki, xüsusi təyinatlı qüvvələr növbəti dəfə aksiya iştirakçılarına qarşı zor tətbiq ediblər. Nümayişçilərə qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edilib.
Məlumata görə, polisin həddən artıq güc tətbiq etməsi nəticəsində onlarla adam yaralanıb, saxlanılanlar var.
Qeyd edək ki, bundan əvvəl parlament qarşısında toplaşan nümayişçilər Gürcüstan hakimiyyəti qarşısında iki tələb irəli sürüblər: “Gürcü arzusu” fraksiyası Rusiya qanunlarının analoqu olan qanunları dərhal geri çağırmalı və etiraz aksiyasında saxlanılan bütün şəxsləri azad etməlidir.
Bundan sonra bəzi şəxslər parlamentinin qapılarını sındırmağa çalışıb. Etirazçılar parlamentin şüşələrini sındırıb, içərisinə fişəng və fişənglər atıblar.
Xatırladaq ki, martın 7-də keçirilən etirazlar zaman polislə qarşıdurmalar yaşanıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, “xarici agentlər haqqında” qanunun qəbuluna etiraz edən 66 nəfər inzibati qaydada saxlanılıb.