Tbilisidə parlament binası yaxınlığında mitinq keçirilir
11 Mart 2023
“Qirçi” müxalifət partiyası Tbilisidə parlament binası yaxınlığında orduya məcburi çağırışa qarşı mitinq keçirir.
“Biz məcburi qarovulun (həbsxanalarda qarovul xidmətinin) ləğvini tələb edirik. Əgər həqiqətən orduda islahat aparmaq istəyiriksə, bu saxta islahatdan əl çəkməli, heç kimi zorla orduya gətirməməkdən, əsgərlərə normal məvacib verməkdən, onlara şərait yaratmaqdan başlamalıyıq”, - parlamentdəki “Qirçi” siyasi qrupunun rəhbəri İaqo Xviçia bildirib.
Aksiyada yüzlərlə insan iştirak edir, onların çoxu tələbələrdir. Parlamentin yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti açıqdır.
Aksiya dinc şəraitdə keçirilir.
Qeyd edək ki, cümə günü Müdafiə Nazirliyi parlamentin Gürcüstanın yeni Müdafiə Məcəlləsini nəzərdən keçirdiyi barədə bəyanat yayıb.
Xatırladaq ki, 2022-ci ilin dekabrında Gürcüstanın baş naziri İrakli Qaribaşvili orduya çağırış sisteminə yenidən baxılması zərurətini bəyan edib. Yeni qaydalara əsasən, xidmət 6, 8 və 11 ay müddətinə tətbiq ediləcək. 10 min lari (təxminən 3700 dollar) ödəməklə ildə bir dəfə ordudan möhlət almaq mümkün olacaq.