"Taxıl sazişi" tarixə qovuşdu
17 İyul 2023
"Taxıl sazişi"nin müddəti başa çatıb və sənədin vaxtı uzadılmayıb".
Bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da "taxıl sazişi" tarixə qovuşdu deyib. Bununla yanaşı o, "Rusiya Prezidenti Vladimir Putinlə "Taxıl sazişi"nin uzadılmasını yenidən müzakirə edəcəyik. Putinin "Taxıl sazişi"nin uzadılmasını istədiyini bilirəm" söyləyib.
Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Xatırladaq ki, Ukrayna və Rusiya dünyanın aparıcı taxıl ixracatçılarıdır.