Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tahir Tahiroviçdən cəsarətli addım - Rusiyadan imtina etdi

Azərbaycanlı rejissor Tahir Tahiroviç Ukraynadakı müharibəyə görə Rusiyada keçirilən festivaldan imtina edib.

Bu barədə rejissor sosial şəbəkədə məlumat verib.

O, Krımda keçirilən "Zolotoy Vityaz" festivalından "Qırmızı" filminin çıxarılması üçün müraciət edib.

Müraciətdə deyilir: "Hörmətli həmkarlar! Sizə festivalda uğurlar arzulayıram. Təəssüflər olsun ki, mən sizin festivalda iştirak etmək istəmirəm. Ukraynada baş verən hadisələrə etiraz əlaməti olaraq sizdən xahiş edirəm ki, filmimi "Zolotoy Vityaz" festivalı proqramından çıxarasınız".