Logo
news content
User
Kateqoriyalar

Xəbər

Susuz qalacağıq: Dünya böyük quraqlığa doğru gedir

Əhalinin sürətlə artımı, sənaye və kənd təsərrüfatının inkişafı yaxın onilliklərdə sudan daha geniş istifadə olunacağını deməyə əsas verir. Bu cür vəziyyət isə, onsuz da az olan içməli su ehtiyatlarına çıxışın daha da məhdudlaşacağı ilə bağlı riskləri artırıb.

Dünya Ehtiyatlar İnstitutu tərəfindən aparılan araşdırma nəticəsində 2040-cı ildə ən çox su problemi yaşayacaq ölkələrin adları məlum olub.

167 ölkədən ibarət olan siyahıya nəzər saldıqda məlum olur ki, qeyd olunan tarixdə, Çili, Estoniya, Namibiya və Bostvananda su probleminin nəzərəçarpacaq dərəcədə artması gözlənilir.

Qeyd edək ki, Azərbaycan da 2040-cı ilə qədər su problemi ilə üzləşmək təhlükəsi yüksək olan ölkələr sırasındadır və ölkəmiz siyahıda 18-ci pillədə qərarlaşıb.

Belə ki, Azərbaycanın həmin tarixə qədər ciddi içməli su problemi ilə qarşılaşmaq ehtimalı 80%-dən yüksək qiymətləndirilib. İlk pillərlərdə isə, Yaxın Şərq ölkələri qərarlaşıb.

Onu da əlavə edək ki, qonşu ölkələrdən İran, Ermənistan və Türkiyənin də vəziyyəti heç də qənaətbəxş görünmür. Türkiyə siyahıda 27-ci, Ermənistan 22-ci, İran isə 13-cü pillədədir.
Oxşar problemlərin ABŞ, Çin və Hindistan kimi böyük iqtisadiyyatları olan ölkələrdə də baş verməsi ehtimalı yüksək qiymətləndirilir.