Suriyanın yeni xarici işlər naziri bu şəxs olacaq
22 Dekabr 2024
Suriyanın yeni hakimiyyəti Əsaad Həsən əl-Şibanini xarici işlər naziri təyin edib.
Bu barədə Suriyada hakimiyyətə gələn müxalifətin birləşmiş qüvvələr komandanlığının bəyanatında bildirilib.
Məlumata görə, Həsən əl-Şibani müvəqqəti hökumətdə öz vəzifəsini icra edəcək.