Logo
news content
User
Kateqoriyalar

Xəbər

Surət Hüseynov komaya düşüb




Azərbaycanın sabiq baş naziri Sürət Hüseynov komaya düşüb.

Bu barədə “Qaynarinfo”ya sabiq baş nazirin yaxınları məlumat veriblər.

Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o, komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.

Qeyd edək ki, bundan əvvəl Surət Hüseynovun vəfat etdiyi barədə xəbər yayılmışdı. Gununsesi.info bu barədə Surət Hüseynovun yaxınlarına istinadla xəbər vermişdi.

Məlumatda deyilirdi ki, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib.