Logo
news content
User
Kateqoriyalar

Xəbər

Suren Papikyan: "Şeytanla da əməkdaşlığa hazırıq”

“Biz şeytanla da əməkdaşlığa hazırıq”.

Ermənistan KİV-i xəbər verir ki, bunu ölkənin müdafiə naziri Suren Papikyan parlamentdəki çıxışında deyib.

O bildirib ki, ordu üçün hər şey etməyə hazırdır: “Əsas odur ki, bunun ordumuza faydası olsun. Mövcud problemlərin həlli üçün mən hər şeyi etməyə hazıram”.

S.Papikyan həmçinin istefası ilə bağlı iddiaların əsassız olduğunu söyləyib: “Mən istefa verməyə hazırlaşmıram. Ordudakı islahatları başa çatdırmaq niyyətindəyəm”.

Nazir onu da qeyd edib ki, İrəvanın mərkəzindəki yeni tikilidən aldığı mənzili qaytarmağa hazırdır.