Suren Papikyan "Artsax Respublikası" ifadəsi işlətməyi qadağan edib - “Hraparak”
16 Mart 2023
“Ermənistanın müdafiə naziri Suren Papikyan martın 15-də nazirliyin bölmələrində “Artsax Respublikası” ifadəsinin işlədilməsinin qadağan edilməsi ilə bağlı məxfi əmr imzalayıb”.
Pressklub.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.
Nəşrin məlumatına görə, nazirin əmrində yazılıb: ““Artsax Respublikası” sözünü leksikondan çıxarmaq, yalnız “Dağlıq Qarabağ” sözlərindən istifadə etmək lazımdır”.
Bildirilib ki, S.Papikyanın əmri Müdafiə Nazirliyi sistemində vəzifəyə yeni təyin edilən, eyni zamanda istefada olan hərbçilər arasında narazılıq yaradıb. Amma onlar da Ermənistandakı bir çox vəzifəli şəxslər kimi işdən çıxarılacaqlarından qorxaraq susmağa üstünlük verirlər.