Superkompüter DÇ-2026-nın əsas favoritini müəyyənləşdirdi
02 İyun 2026
"Opta" statistika platformasının superkompüterinin hesablamalarına görə, İspaniya, Fransa və İngiltərə yığmaları futbol üzrə dünya çempionatında qələbəyə əsas iddiaçılardır.
Bu barədə theanalyst.com saytı xəbər verir.
İspanların şansları 16.1%, fransızların - 13%, ingilislərin isə 11.2% dəyərləndirilir. Son dünya çempionları - argentinalıların titullarını qorumaq ehtimalı isə 10.4%-dir.
İlk 10 favorit sırasına, həmçinin Portuqaliya (7%), Braziliya (6.6%), Almaniya (5.1%), Niderland (3.6%), Norveç (3.5%) və Belçika (2.4%) daxildir.
Dünya çempionatı iyunun 11-də start götürəcək və ilk dəfə olaraq üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.