Logo
news content
User
Kateqoriyalar

Xəbər

Suares yenə dişlərini işə saldı - Bu dəfə Albanı dişləyib - VİDEO

ABŞ təmsilçisi "İnter Mayami"nin hücumçusu Luis Suares KONKAKAF Çempionlar Kubokunun 1/4 finalında, "Los Anceles"lə cavab matçında (3:1) komanda yoldaşı Jordi Albanı dişləyib.

Hadisə matçın 89-cu dəqiqəsində iki komandanın futbolçuları arasında əlbəyaxa dava zamanı baş verib.

Uruqvaylı forvard qarışıqlıq zamanı bilmədən Albanın əlini dişləyib.

Qeyd edək ki, Suaresin meydanda oyunçuları dişləməsi ilk belə hadisə deyil. Bundan əvvəl o, Otman Bakkal (2010), Branislav İvanoviç (2013) və Corco Kyellinini (2014) dişləyib.