Logo
news content
User
Kateqoriyalar

Xəbər

Strelkov: "Rusiyanın qış hücumu uğursuz başa çatır"

Donbass separatçılarının keçmiş komandiri İqor Strelkov (Qirkin) növbəti dəfə "Vaqner" yaraqlılarının rəhbəri Yevgeni Priqojini və Rusiyanın müdafiə naziri Sergey Şoyqunu tənqid edib.

Pressklub.az xəbər verir ki, separatçıların ilk "müdafiə naziri" hücumların uğursuz olduğunu qeyd edib və bunda hərbi rəhbərliyi suçlayıb.

“Martın 8-də Priqojin və Şoyqu Rusiya əhalisinə sevinclə elan ediblər ki,  Baxmutun yarısını ələ keçirə biliblər. Amma qeyd edim ki, 2 aydan çox davam edən amansız "ətçəkən maşını" nəticəsində kiçik bir şəhərin yalnız bir hissəsini ələ keçiriblər. Bu da hər iki personajın çox uğursuz hərbi "istedadına" dəlalət edir.

Təəssüf ki, bir şeyə əminəm: şəhər ələ keçiriləndən sonra hücum dayanacaq. Rusiya qoşunları Baxmut və Soledara hücumu etdikləri zaman düşmənin möhkəmləndirdiyi ərazilər qarşısında aciz qalacaqlar”.

Rusiya Silahlı Qüvvələrinin qış hücumu Ukrayna Silahlı Qüvvələrinin güclü möhkəmləndirilmiş mövqelərinə birbaşa hücumlarla məhdudlaşıb və ümumilikdə uğursuzluqla başa çatıb”, - Qirkin bildirib.