Sonun başlanğıcı? - Rusiyanın dövlət büdcəsində 3,3 trilyon rubl kəsir yaranıb
10 Yanvar 2023
2022-ci ildə Rusiyanın dövlət büdcəsinin gəlirləri 28 trilyon rubl, xərcləri isə 31,3 trilyon rubl təşkil edib ki, son nəticədə büdcədə 3,3 trilyon rubl və yaxud təxminən 48 milyard ABŞ dolları kəsir yaranıb.
Bunu maliyyə naziri Anton Siluanov bildirib.
“Dövlətin büdcədənkənar fondlara ayırmalarını nəzərə almasaq, büdcə kəsiri ÜDM-in 1,8%-i qədər və yaxud planlaşdırdığımız kimi 2 %-dən aşağı olar", - deyə A.Siluanov vurğulayıb.
Bundan başqa, onun sözlərinə görə, büdcə gəlirləri proqnozları üstələyib.
Qərb ölkələrinin sanksiyalarına görə Rusiya büdcəsinin qarşıdakı 3 ildə kəsirli olacağı gözlənilir.