Logo
news content
User
Kateqoriyalar

Xəbər

Son sutkada koronavirusa yoluxma sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pressklub.az-a verilən məlumata görə, COVID-19-dan ölüm halı qeydə alınmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 598 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 11 nəfərdir.

Ölkədə son sutka ərzində 615, hazırkı dövrədək isə 7 636 539 test aparılıb.