Logo
news content
User
Kateqoriyalar

Xəbər

Son sutkada daha 6 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pressklub.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 859 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 539 nəfər müalicə olunaraq sağalıb, 10 277 nəfər vəfat edib, aktiv xəstə sayı 43 nəfərdir.

Ölkədə son sutka ərzində 1 472, hazırkı dövrədək isə 7 625 572 test aparılıb.