Logo
news content
User
Kateqoriyalar

Xəbər

Son sutkada 29 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 29 yeni yoluxma faktı qeydə alınıb, 77 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19-dan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 827 667 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 314 nəfər müalicə olunaraq sağalıb, hazırda 285 aktiv xəstə var. Bu günə qədər 10 068 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 129, bu günə qədər isə ümumilikdə 7 471 631 test icra olunub.